İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

GÖZLƏNİLƏN GÜCLÜ KÜLƏK VƏ YAĞIŞLA BAĞLI ƏHALİYƏ MÜRACİƏT

LEQAL XƏBƏR məlumat verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, ölkə ərazisində avqustun 30-dək güclü külək əsəcək, ayrı-ayrı

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, ölkə ərazisində avqustun 30-dək güclü külək əsəcək, ayrı-ayrı yerlərdə intensiv yağış yağacaq və bəzi dağ çaylarından qısamüddətli sel keçəcək.

Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəklərinin, naqillərin və hündür ağacların altında dayanmamağı tövsiyə edib.

Kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmamaq, vətəndaşlara isə güclü külək zamanı dənizə girməmək barədə xəbərdarlıq edilib.

FHN həmçinin çaylarda mümkün sel və daşqın təhlükəsi ilə əlaqədar təhlükəli ərazilərdən uzaq durmağı, sel təhlükəsi yarandıqda isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edib.

İldırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışılmaması, elektrik xətlərindən, ildırımötürücülərdən, navalçalardan və antenalardan uzaq durulması, hündür ağacların altında daldalanmaması tövsiyə olunur.

Nazirlik avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmağı və ildırım təhlükəsi sovuşana qədər gözləməyi tövsiyə edib.

Xəbəri paylaş Dostlarınıza göndərin