İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə maraqlı tapıntı

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda aparılan arxeoloji qazıntılar zamanı V-VI əsrlərə aid olduğu ehtimal edilən sarayın bir hissəsi aşkar edilib. Leqal Xəbər TASS-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb.

7 baxış 3 dəq
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə maraqlı tapıntı

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda aparılan arxeoloji qazıntılar zamanı V-VI əsrlərə aid olduğu ehtimal edilən sarayın bir hissəsi aşkar edilib.

Leqal Xəbər TASS-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb.

Məlumata görə, arxeoloji qazıntılar Marneuli bələdiyyəsinin İkinci Kosalı kəndində aparılır. Aşkar edilən qalıqlar çayın yaxınlığında, sıldırım sahilin kənarında yerləşən qədim tikilinin alçaq divar bünövrələrindən ibarətdir.

Mütəxəssislərin ilkin ehtimalına görə, tikili yerli hökmdara və ya nüfuzlu zadəgan ailəsinin nümayəndəsinə məxsus saray olub.

Hazırda kompleksin digər sahələrində arxeoloji tədqiqatlar davam etdirilir. Növbəti mərhələdə divarların, kirəmit qatlarının və qədim otaqların döşəmələrinin üzə çıxarılması planlaşdırılır.

Sarayın tədqiqində iştirak edən arxeoloq David Mindoraşvilinin sözlərinə görə, tikili müxtəlif otaqlardan, dəhlizlərdən və anbar sahələrindən ibarət olub və vahid memarlıq planı əsasında inşa edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin