İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

“Hacıbala Abutalıbov reyd keçirdi, işçilər hara yoxa çıxdı, bilmədik…”

Tərcümə mərkəzinə ayrılan büdcə Azərbaycan Yazıçılar Birliyinə geri qaytarılmalıdır". Leqal Xəbər Unikal-a istinadən məlumat verir ki, bunu AYB sədri Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə deyib. “Nədənsə, tərcümə mərkəzini bizdən alıb

9 baxış 3 dəq
“Hacıbala Abutalıbov reyd keçirdi, işçilər hara yoxa çıxdı, bilmədik…”

Tərcümə mərkəzinə ayrılan büdcə Azərbaycan Yazıçılar Birliyinə geri qaytarılmalıdır".

Leqal Xəbər Unikal-a istinadən məlumat verir ki, bunu AYB sədri Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə deyib.

“Nədənsə, tərcümə mərkəzini bizdən alıb ayrıca qurum yaratdılar. Buna sözüm yoxdur. Biz bu tərcümə mərkəzini saxladıq. Amma biz onu necə saxladıq? Birinci mərtəbəmizi restoranın icarəsinə verdik. Heç birimiz istəmirdik ki, orada restoran olsun. Yazıçılar Birliyi hara, restoran hara? Bu restoran fəaliyyət göstərdiyi zaman o vaxtki icra başçısı Hacıbala müəllim orada reyd keçirdi. O işçiləri də yığışdırıb apardılar. Hara apardılar, indiyə qədər də məlum deyil. Mən demək istəyirəm ki, o Tərcümə Mərkəzi yarananda büdcəni də özü ilə apardı. Heç olmasa həmin büdcəni bizə qaytarsınlar. Biz istəmirik orada restoran olsun. İstəyirik orada mədəniyyət ocağımız olsun.

Parlamentə müraciət edirik ki, bizə kömək edin, Tərcümə Mərkəzinə ayrılan büdcə Azərbaycan Yazıçılar Birliyinə qaytarılsın.

Gözləyək ki, bizi Fransada çap etsinlər? Bizdə bircə Çingizi (Abdullayev) çap edirlər maşallah. Amma Amma Azərbaycan üçün tək Çingiz azdır. Digər yazıçılarımızın da əsərləri tərcümə olunmalıdır", - deyə AYB sədri bildirib.

Xəbəri paylaş Dostlarınıza göndərin