İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Hakimlər and içdilər

2026-cı il oktyabrın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. LEQAL XƏBƏR məlumat verir ki, bu barədə Ali Məhkəmənin Mətbuat Xidməti məlumat yayıb. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 10 oktyabr tarixli Sərəncamı ilə

14 baxış 3 dəq

2026-cı il oktyabrın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

LEQAL XƏBƏR məlumat verir ki, bu barədə Ali Məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.

İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 10 oktyabr tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alan 39 hakimin andiçmə mərasimi olub.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin əlçatanlığının artırılmasına və hakim korpusunun peşəkar kadrlarla komplektləşdirilməsinə mühüm töhfələr verib.

Diqqətə çatdırılıb ki, hakimlik böyük məsuliyyət və yüksək mənəvi keyfiyyətlər tələb edən şərəfli peşədir. Hər bir məhkəmə qərarının arxasında insan hüquqlarının və talelərinin dayandığını bildirən sədr hakimlərə fəaliyyətlərində qanunun aliliyini, müstəqillik, qərəzsizlik və ədalət prinsiplərini rəhbər tutmağı, hakim adının şərəfini və nüfuzunu qorumağı tövsiyə edib.

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunublar. Onlar "Məhkəmələr və hakimlər haqqında" Qanunun tələbinə əsasən and içiblər.

Hakim vəzifəsinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.

Daha sonra yeni təyin olunmuş hakimlər Nuranə Məmmədova və Səbuhi Abbasov çıxış edərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.

Xəbəri paylaş Dostlarınıza göndərin