İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

“Halloween” bayramında uşaqlara narkotik tərkibli konfet paylandı

ABŞ-nin San-Dieqo şəhərində "Halloween" bayramı zamanı 1-6 yaşlı təxminən 15 uşağa tərkibində psilosibin adlı hallüsinogen maddə olan çeynənilən konfetlər verilib. Leqal Xəbər Report-a istinadən bildirir ki, hadisə Ouşen-Biç rayonunda olub. Polisin məlumatına görə, uşaqlar valideynləri

12 baxış 3 dəq
“Halloween” bayramında uşaqlara narkotik tərkibli konfet paylandı

ABŞ-nin San-Dieqo şəhərində "Halloween" bayramı zamanı 1-6 yaşlı təxminən 15 uşağa tərkibində psilosibin adlı hallüsinogen maddə olan çeynənilən konfetlər verilib.

Leqal Xəbər Report-a istinadən bildirir ki, hadisə Ouşen-Biç rayonunda olub.

Polisin məlumatına görə, uşaqlar valideynləri ilə birlikdə qonşu evləri gəzərək şirniyyat toplayıblar. Evlərin birinin yaxınlığında onlar çeynənilən konfet paketləri aşkar ediblər, həmin paketlərin qablaşdırılması böyüklərdə şübhə yaradıb.

Valideynlər hüquq-mühafizə orqanlarına müraciət edərək yoxlanılması üçün paketlərdən birini onlara təhvil veriblər. Laboratoriya analizi bəzi göbələk növlərinin tərkibində olan hallüsinogen maddənin - psilosibinin mövcudluğunu təsdiqləyib.

Bununla belə, polis uşaqlardan hər hansı birinin bu konfetləri yeyib-yemədiyini hələ müəyyən etməyib.

İstintaq zamanı hüquq-mühafizəçilər yaxınlığında şirniyyatların tapıldığı evdə axtarış aparıblar. Orada analoji konfet qablaşdırmaları, bir kiloqramdan çox kannabis, 25 qramdan çox metamfetamin, narkotiklərin qablaşdırılması üçün materiallar, həmçinin odlu silah və döyüş sursatı tapılıb.

Qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinərək 80 və 45 yaşlarında iki kişi saxlanılıb. Tərkibində narkotik maddə olan konfetlərin yayılması ilə bağlı onlara hələlik ittiham irəli sürülməyib.

Baş vermiş hadisənin təfərrüatları araşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin