LEQAL XƏBƏR məlumat verir ki, Türkiyənin tanınmış sənətçisi və Ahbap Dərnəyinin sədri Haluk Levent barəsində aparılan istintaq çərçivəsində saxlanılıb.
Məlumata görə, İstanbul Respublika Prokurorluğunun başladığı araşdırma çərçivəsində Haluk Levent "Dərnəklər haqqında qanunu pozma", "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" və "cinayət təşkilatına üzvlük" ittihamları ilə istintaqa cəlb olunub.
Bursa şəhərində Mali Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Levent ifadə verməsi üçün İstanbul Polis İdarəsinə aparılıb.
İstintaq çərçivəsində Ahbap Dərnəyinin baş qərargahında da polis əməliyyatı keçirilib. Əməliyyat zamanı dərnəyin əməkdaşları da daxil olmaqla 19 nəfər saxlanılıb.
Bildirilib ki, ümumilikdə 26 nəfər barəsində saxlanılma qərarı mövcuddur.
İstanbul Respublika Prokurorluğu iyulun 12-də yaydığı açıqlamada qeyd edib ki, araşdırma Ahbap Dərnəyi adına toplanan ianələrin bir hissəsinin bəzi şübhəli şəxslərin hesablarına yüksək məbləğdə köçürüldüyü iddiaları əsasında başlanılıb və istintaq davam etdirilir.![]()