İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Hansı fermer avans subsidiyasından yararlana bilər?

2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək. Leqal Xəbər KTN-nə əsasən məlumat verir ki, avans subsidiyasına EKTİS üzərindən müraciət etmək imkanı təmin edilib, payızlıq əkinlər üzrə fermerlər noyabr ayının sonunadək, yazlıq əkin aparacaq fermerlər 2027-ci ilin

7 baxış 3 dəq
Hansı fermer avans subsidiyasından yararlana bilər?

2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək.

Leqal Xəbər KTN-nə əsasən məlumat verir ki, avans subsidiyasına EKTİS üzərindən müraciət etmək imkanı təmin edilib, payızlıq əkinlər üzrə fermerlər noyabr ayının sonunadək, yazlıq əkin aparacaq fermerlər 2027-ci ilin fevral, mart ayları ərzində bəyanla eyni zamanda müraciətlərini sistemə bildirə bilərlər

Kənd təsərrüfatı istehsalçılarının əkin mövsümündə yaranan ilkin maliyyə ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə ölkədə ilk dəfə avans subsidiyası mexanizmi tətbiq edilir. Aqrar Subsidiya Şurasının 2027-ci il üzrə qərarına əsasən, müəyyən edilmiş meyarlara cavab verən fermerlər gözlənilən əkin subsidiyasının 30 faizini əkin işləri başa çatmadan əvvəl avans şəklində əldə edə biləcəklər. Avans subsidiyasına müraciət artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən mümkündür.

Yeni mexanizmin tətbiqində əsas məqsəd fermerlərin əkin mövsümünün başlanğıcında toxum, gübrə, yanacaq və aqrotexniki xidmətlərlə bağlı xərclərinin vaxtında qarşılanmasına, əkin prosesinin fasiləsiz və keyfiyyətli təşkilinə dəstək göstərilməsidir.

Avans subsidiyasından kimlər yararlana bilər?

Avans subsidiyası aşağıdakı meyarlara cavab verən kənd təsərrüfatı istehsalçılarına şamil olunur:

Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilmiş siyahıya daxil olan (Çəltik, Qarğıdalı, Darı, Sorqo, Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), Günəbaxan, Kartof, Tərəvəz, Bostan bitkiləri) yazlıq və payızlıq birillik bitkiləri becərən istehsalçılar;
EKTİS-də fermer reytinqi 30 baldan yüksək olan şəxslər;
Ümumi əkin sahəsi 5 hektardan 100 hektaradək olub çıxarışı olan fermerlər;
Torpaq sahəsi üzrə yalnız bir əkin bəyanı təqdim edən fermerlər.
Müraciət və monitorinq prosesi

Avans subsidiyasının verilməsi tam rəqəmsal mexanizm əsasında həyata keçiriləcək. Bunun üçün fermerlər əkin sahələrini EKTİS-də bəyan etməli və koordinatlarını daxil etməlidirlər. Müraciətin təsdiqlənməsi qeyd edilən şərtlərə uyğun fermerlrərin əkin hazırlığı (şum) işləri apardığı müşahidə edildikdən sonra mümkün olacaq.

Əkin sahələrinin əkinə hazırlıq vəziyyətinin müəyyənləşdirilməsi və monitorinqi müasir rəqəmsal texnologiyalar və süni intellekt həllərindən istifadə edilməklə aparılacaq. Bu yanaşma subsidiyaların daha operativ, şəffaf və obyektiv şəkildə təqdim olunmasına imkan verəcək.

Fermerlər elektron kabinetlərində şum işlərinin aparılıb-aparılmadığı barədə süni zəka ilə yoxlama nəticələrini, əldə etdikləri reytinqin göstəriciləri və inkişaf etdirmə istiqamətləri ilə bağlı məlumatları görmə imkanına sahib olacaqlar.

Avans subsidiyası çərçivəsində gözlənilən əkin subsidiyasının 30 faizi fermerə əvvəlcədən ödəniləcək. Əkin faktı təsdiq edildikdən və subsidiyanın ödənilməsi üçün nəzərdə tutulan digər müvafiq prosedurlar tamamlandıqdan sonra subsidiyanın qalan 70 faizlik hissəsi növbəti il fermerin hesabına köçürüləcək.

Qeyd edək ki, avans subsidiyası mexanizminin tətbiqi fermerlərin əkin mövsümündə maliyyə imkanlarının genişləndirilməsi ilə yanaşı, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinə və əkin prosesinin səmərəli təşkilinə xidmət edəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin