İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş komandiri general-mayor Zaur Rüstəmov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının (SHAPE) Tərəfdaşlıq Baş İdarəsinin rəisinin müavini - Hərbi Əməkdaşlıq İdarəsinin rəisi briqada generalı Theodoros Stefou ilə görüşüb. NATO-nun

9 baxış 3 dəq

Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş komandiri general-mayor Zaur Rüstəmov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının (SHAPE) Tərəfdaşlıq Baş İdarəsinin rəisinin müavini - Hərbi Əməkdaşlıq İdarəsinin rəisi briqada generalı Theodoros Stefou ilə görüşüb.
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin “Mi-17-1V” tipli helikopter cütlüyünün 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi zamanı keçirilən görüşdə Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə birgə həyata keçirilən fəaliyyətlər, bölmələrin hazırlıq səviyyəsi və qarşıya qoyulan tapşırıqlar barədə təqdimatlar verilib.
Bu cür tədbirlərin sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Görüşdən sonra təlim sahəsində olan qonaqlar bölmələrin təchizatına baxış keçirərək NATO standartları və tələblərinə uyarlılıq səviyyəsini yoxlayıblar.

Xəbəri paylaş Dostlarınıza göndərin