Leqal xəbər məlumat verir ki, Bu gün ölkə ərazisində hava əsasən sabit və yağmursuz keçəcək, bəzi yerlərdə isə dəyişkən buludluluq müşahidə olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin əsasən yağışsız keçəcəyi gözlənilir. Burada gecə temperaturu 10–13°C, gündüz isə 16–21°C arasında dəyişəcək.
Rayonlarda da oxşar hava şəraiti hakim olacaq. Gecə temperaturu 8–11°C, gündüz isə 18–23°C aralığında olacaq.
Dağlıq ərazilərdə isə daha sərin hava müşahidə ediləcək: gecə 0–5°C, gündüz 10–15°C, bəzi yerlərdə isə 18°C-yə qədər yüksəlməsi proqnozlaşdırılır.
Ümumilikdə ölkə üzrə sabit, mülayim və yaz havasına uyğun şəraitin davam edəcəyi bildirilir.
