İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Həccə gedəcək azərbaycanlıların sayı bilindi

2027-ci il Həcc ziyarəti üçün 1 həftədə 80-dən çox adam müraciət edib. Bu barədəQafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib. O, Həcc müraciətlərində keçən illə müqayisədə aktivlik müşahidə edildiyini deyib. Vüsal

11 baxış 3 dəq

2027-ci il Həcc ziyarəti üçün 1 həftədə 80-dən çox adam müraciət edib.

Bu barədəQafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

O, Həcc müraciətlərində keçən illə müqayisədə aktivlik müşahidə edildiyini deyib.

Vüsal Cahangiri əlavə edib ki, hələlik kvota bəlli deyil.

Qeyd edək ki, 2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu sentyabrın 24-dən başlayıb. İlkin olaraq bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti ötən il olduğu kimi 6100 ABŞ dolları müəyyən edilib. Bununla belə, qiymətin müəyyən qədər artması istisna edilmir.

Həcc ziyarətinə getmək istəyən şəxslərdən aşağıdakı sənədlər tələb olunur:
-ümumvətəndaş pasportu (ən azı 1 il etibarlılıq müddəti olmalıdır);
-şəxsiyyət vəsiqəsinin surəti;
-5x5 santimetr ölçüdə ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil (qadınlar tünd hicabda);
-sağlamlıq haqqında arayış.

Xəbəri paylaş Dostlarınıza göndərin