Leqal xəbər məlumat verir ki, Hörmüz boğazı ətrafında artan geosiyasi gərginlik dünya enerji bazarlarına təsir göstərib.
Hörmüz boğazı bölgəsində vəziyyətin gərginləşməsi fonunda neftin qiymətində kəskin artım qeydə alınıb. Məlumata görə, bazarlarda “Brent” markalı neftin qiyməti psixoloji hədd sayılan 100 dolları keçib.
Analitiklər bildirirlər ki, bu cür gərginliklər qlobal enerji tədarük zəncirində riskləri artırır və xüsusilə neft ixrac edən ölkələrdən asılı olan bazarlarda dalğalanmalara səbəb olur.
