İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Hörmüz boğazında gəmi vuruldu

Hörmüz boğazından keçən gəmi naməlum mərmi ilə vurulduqdan sonra göyərtəsində yanğın baş verib. Leqalxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. UKMTO bildirib ki, insidentlə bağlı ilkin məlumat sentyabrın 12-də Qrinviç vaxtı ilə

12 baxış 3 dəq

Hörmüz boğazından keçən gəmi naməlum mərmi ilə vurulduqdan sonra göyərtəsində yanğın baş verib.

Leqalxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

UKMTO bildirib ki, insidentlə bağlı ilkin məlumat sentyabrın 12-də Qrinviç vaxtı ilə saat 23:00-da daxil olub. Lakin gəminin dəqiq nə vaxt vurulduğu açıqlanmayıb.

Qurum əvvəlcə ekipajın vəziyyətinin, gəmiyə dəyən zərərin miqyasının və hadisənin ətraf mühitə mümkün təsirinin məlum olmadığını bildirib.

Sentyabrın 13-də yayılan yenilənmiş məlumatda isə UKMTO hücumdan sonra gəmidə yanğın baş verdiyini açıqlayıb.

Yerli hakimiyyət orqanlarının hadisə yerində olduğu və ekipaj üzvlərinin təxliyəsinə kömək etdiyi bildirilib.

UKMTO ərazidən keçən gəmilərə ehtiyatlı olmağı və araşdırma aparan hakimiyyət orqanlarına hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

İnsident ABŞ ilə İran arasında davam edən münaqişə fonunda ticarət gəmilərinə qarşı bir sıra hücumların baş verdiyi vaxtda qeydə alınıb. Son günlər bir neçə ticarət gəmisi Körfəzin şimalında, Oman körfəzində və İraq sahilləri yaxınlığındakı sularda hədəfə alınıb.

Xəbəri paylaş Dostlarınıza göndərin