İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Hövsanda qalmaqal: Məktəbdə pul yığmağa başlanılıb?

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni tədris ili başlayar-başlamaz valideynlərdən pul yığılması ilə bağlı iddia müzakirələr yaradıb. Leqalxeber.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Qeyd olunub ki, sentyabrın 7-də "WhatsApp" qrupunda 76 nömrəli tam

8 baxış 3 dəq

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni tədris ili başlayar-başlamaz valideynlərdən pul yığılması ilə bağlı iddia müzakirələr yaradıb.

Leqalxeber.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, sentyabrın 7-də "WhatsApp" qrupunda 76 nömrəli tam orta ümumtəhsil məktəbindəki valideyn komitələrindən birinin rəhbəri valideynlərə fond pulunun yığılmasının zəruri olduğunu bildirib.

Leqalxeber.az -ın sorğusuna cavab olaraq həmin məktəbdən bildirilib ki, sözügedən səsyazısı üç il əvvələ aiddir:

"Məktəbdə vəsait toplanması iddiası ilə əlaqədar sosial şəbəkədə yayılan səsyazısında adı çəkilən müəllimlə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar ötən tədris ilində xitam verilib. Səsi yayılmış valideyn məktəbə dəvət olunub, verdiyi yazılı məlumatla səsyazısının üç il əvvələ aid olduğunu bildirib.

Qeyd edək ki, bu kimi təşəbbüslərin yolverilməzliyi mütəmadi olaraq valideynlərin və müəllimlərin diqqətinə çatdırılır", - deyə məktəbdən bildirilib.

Valideynlər isə Leqalxeber.az-a açıqlamalarında iddia ediblər ki, sözügdən fakt üç il əvvələ aid deyil. Həmin müəllim bu il məktəblə vidalaşır və bu səbəbdən ona gül almaq üçün valideynlərdən pul yığılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin