Leqal xəbər məlumat verir ki, Ermənistanın Vardenis bölgəsində yerləşən hərbi hissələrdən birində baş verən insident ölkədə ciddi narahatlıq doğurub. İlkin məlumatlara görə, əsgərlər arasında başlayan mübahisə nəzarətdən çıxaraq qanlı qarşıdurmaya çevrilib.
Hadisə zamanı hərbçilər bir-birinə bıçaqla hücum edib. Nəticədə üç əsgər müxtəlif dərəcəli xəsarətlərlə təcili olaraq xəstəxanaya çatdırılıb.
Ermənistan Müdafiə Nazirliyi açıqlamasında yaralıların həyatına təhlükə olmadığını bildirsə də, hadisənin detalları hələ də tam açıqlanmır.
