LEQAL XƏBƏR məlumat verir ki, Fransanın Hərbi Hava və Kosmik Qüvvələrinə məxsus “Cirrus SR-20” təlim təyyarəsi Salon-de-Provans şəhərində təlim uçuşu zamanı qəzaya uğrayıb.
Hadisə bazar ertəsi səhər saatlarında baş verib. Təyyarədə olan iki hərbçi – pilot və təlimatçı qəza zamanı yüngül xəsarət alıb.
Məlumata görə, heyət üzvləri qəza enişi etməyə nail olub və təyyarə alışmazdan əvvəl onu tərk ediblər. Hadisə zamanı yaşayış məntəqələrindən yayınmaq mümkün olub və üçüncü şəxslər arasında xəsarət alan olmayıb.
Qəza ilə əlaqədar ərazidə bir sıra yollar və dəmir yolu xətti müvəqqəti bağlanıb.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.