İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi

Bakının Nizami Rayon Məhkəməsində şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə baxılıb. LEQAL XƏBƏR-in məlumatına görə, işin hallarına əsasən, cavabdeh 2023-cü ildə aralarında yaranmış şəxsi münasibətlər zəminində həyat yoldaşını xüsusi amansızlıqla qəsdən öldürüb. Sumqayıt Ağır

6 baxış 3 dəq

Bakının Nizami Rayon Məhkəməsində şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə baxılıb.

LEQAL XƏBƏR-in məlumatına görə, işin hallarına əsasən, cavabdeh 2023-cü ildə aralarında yaranmış şəxsi münasibətlər zəminində həyat yoldaşını xüsusi amansızlıqla qəsdən öldürüb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə, o, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

Mərhumun qızı məhkəməyə müraciət edərək atasının anasından qalan miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsini tələb edib. İddiaçı bildirib ki, cavabdeh mərhumun sağlığında ona qarşı kobud davranıb, ailə münasibətlərini pozan hərəkətlərə yol verib və nəticədə onu qəsdən həyatdan məhrum edib.

Cavabdeh isə iddiaya etiraz edərək ailəsinə uzun illər maddi və mənəvi dəstək göstərdiyini, cinayətin miras əmlakı əldə etmək məqsədilə törədilmədiyini bildirib.

Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehin mərhum həyat yoldaşından qalan miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edib.

Qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Cavabdeh kassasiya şikayətində cinayətin qısqanclıq zəminində baş verdiyini, miras əldə etmək məqsədi daşımadığını və buna görə də ləyaqətsiz vərəsə hesab edilməsi üçün hüquqi əsasların mövcud olmadığını irəli sürüb.

Ali Məhkəmənin Mülki kollegiyası işə baxaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb.

Xəbəri paylaş Dostlarınıza göndərin