Leqal xəbər məlumat verir ki, Bakının tarixi ərazisi olan İçərişəhərdə qala divarlarının bir hissəsində aşınma qeydə alınıb.
Məlumata görə, hadisə səhər saatlarında Kiçik Qala küçəsi ərazisində, 13-14 saylı bürclərin kəsişdiyi hissədə baş verib. İlkin araşdırmalar zamanı aşınmanın əsas səbəbi kimi son günlər davam edən yağışlar nəticəsində yaranan rütubət və təbii eroziya göstərilir.
Bildirilib ki, hadisədən dərhal sonra ərazi nəzarətə götürülüb və təhlükəsizlik tədbirləri həyata keçirilib. Hazırda problemli hissənin bərpası istiqamətində işlər davam etdirilir.