İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

İKİ BACININ QƏTLİ 53 İL SONRA AÇILDI

ABŞ-nin Florida ştatında hüquq-mühafizə orqanları iki bacının qətlə yetirilməsində şübhəli bilinən şəxsi 53 ildən sonra müəyyənləşdiriblər. LEQAL XƏBƏR məlumat verir ki, bu barədə "People" nəşri məlumat yayıb. Məlumata görə, 18 yaşlı Marqerit Cenkins və 16 yaşlı Meri Cenkinsin meyitləri

7 baxış 3 dəq

ABŞ-nin Florida ştatında hüquq-mühafizə orqanları iki bacının qətlə yetirilməsində şübhəli bilinən şəxsi 53 ildən sonra müəyyənləşdiriblər.

LEQAL XƏBƏR məlumat verir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Məlumata görə, 18 yaşlı Marqerit Cenkins və 16 yaşlı Meri Cenkinsin meyitləri 1973-cü il mayın 3-də meşəlik ərazidə aşkar olunmuşdu. Onlar amansızcasına döyülmüş və odlu silahla vurulmuşdular.

Bacılar Floridaya istirahət məqsədilə yollanmışdılar. Polis hadisə ilə bağlı heç bir detal üzə çıxara bilməmişdi. Qızların böyük bacısı qeyd edib ki, anası ilə birgə müstəqil şəkildə araşdırma aparmağa çalışsalar da bu addımlar heç bir nəticə verməyib.

İstintaqda irəliləyiş 2018-ci ildə qeydə alınıb. Həmin vaxt Florida Hüquq-Mühafizə Orqanları Departamentinin (FDLE) ekspertləri qurbanlardan birinin geyimindəki qan ləkəsindən götürülmüş kişi DNT profilindən əlavə markerlər əldə ediblər. 2023-cü ildə mütəxəssislər daha tam bir profil formalaşdırmağa nail olublar, üç il sonra isə şübhəlini tam olaraq müəyyənləşdiriblər.

Cinayəti törədən şəxsin Devid Allen Snayder olduğu aydınlaşıb. O, 1972-1974-cü illərdə qızların tapıldığı ərazinin yaxınlığında məskunlaşıb. Ancaq qatili ədalət məhkəməsi qarşısına çıxarmaq mümkün deyil, o, 2008-ci ildə ölüb.

Xəbəri paylaş Dostlarınıza göndərin