İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

İki bank bağlana bilər

Leqal xəbər bildirirki, Azərbaycanda bank sektorunda növbəti dəyişikliklərin ola biləcəyi ilə bağlı iddialar gündəmə gəlib. Bildirilir ki, yaxın dövrdə daha iki bank fəaliyyətini dayandıra bilər. Bu halda ölkədə fəaliyyət göstərən bankların sayı 21-ə enə bilər. Məsələ ilə bağlı yayılan məlumatlarda

7 baxış 3 dəq

Leqal xəbər bildirirki, Azərbaycanda bank sektorunda növbəti dəyişikliklərin ola biləcəyi ilə bağlı iddialar gündəmə gəlib. Bildirilir ki, yaxın dövrdə daha iki bank fəaliyyətini dayandıra bilər. Bu halda ölkədə fəaliyyət göstərən bankların sayı 21-ə enə bilər. Məsələ ilə bağlı yayılan məlumatlarda qeyd olunur ki, son dövrlər bank sektorunda aparılan tənzimləmə və nəzarət tədbirləri daha da güclənib. Xüsusilə də müştəri şikayətləri və bankların maliyyə dayanıqlığı ilə bağlı göstəricilər diqqət mərkəzindədir. Mərkəzi Bankın açıqladığı şikayət cədvəlində ilk sıralarda BTB Bank, Express Bank, AFB Bank və Azər-Türk Bankın yer aldığı bildirilir. Bu da bank sektorunda xidmət keyfiyyəti və müştəri məmnuniyyəti məsələsini yenidən ön plana çıxarıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun fikrincə, ölkənin bank sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. O bildirib ki, beynəlxalq reytinq təşkilatları və bir çox analitiklər Mərkəzi Bankın sektora nəzarət sahəsində fəaliyyətini yüksək qiymətləndirir. Son dövrlər görülən işlər də bu siyasətin nəticəsi kimi dəyərləndirilir. Mövzu ətrafında əsas müzakirələrdən biri də bankların bağlanma səbəbləri, bundan sonra neçə bankın bazarı tərk edə biləcəyi və bank olmayan kredit təşkilatlarında faizlərin niyə daha yüksək olması ilə bağlıdır. Ekspertlər hesab edirlər ki, bank sektorunda konsolidasiya prosesi davam edərsə, bazarda daha dayanıqlı və güclü maliyyə institutlarının formalaşması mümkün olacaq. Bununla yanaşı, kredit öhdəliyi olan vətəndaşlara da banklarla bağlı rəsmi məlumatları diqqətlə izləmək tövsiyə olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin