İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. Leqal Xəbər "Xəzər" TV-yə istinadən məlumat verir

8 baxış 3 dəq
İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır.

Leqal Xəbər "Xəzər" TV-yə istinadən məlumat verir ki, Milli Məclisdə müzakirə edilən yeni layihəyə əsasən, ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.

Millət vəkili Vüqar Bayramov bildirib ki, layihəyə əsasən, güzəşt rəsmi dilerlərin nağdsız qaydada əldə etdiyi və istehsal tarixindən beş ildən çox keçməyən ikinci əl avtomobillərin satışına şamil olunacaq.

Layihədə qeyd olunan üç il isə vergi güzəştinin tətbiq müddətidir. Vüqar Bayramov hesab edir ki, bu güzəşt alıcılar üçün daha sərfəli təkliflərin yaranmasına imkan verəcək:

"Bu o deməkdir ki, yeni ildən etibarən ikinci əl avtomobillərlə bağlı nəzərdə tutulan dəyişiklik qüvvəyə minəcək. Vergi güzəştinin üç il müddətinə tətbiq edilməsi avtomobillərin satış xərclərinin azalmasına səbəb ola bilər. Bu da öz növbəsində həmin avtomobillərin alıcılara daha aşağı qiymətə təklif olunması ilə nəticələnə bilər".

Xəbəri paylaş Dostlarınıza göndərin