Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan-ın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gəlib.
Leqal xəbər verir ki, dövlət başçısı aprelin 16-da Antalya Beynəlxalq Hava Limanında birinci xanım Mehriban Əliyeva ilə birlikdə Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirak edəcəyi, həmçinin bir sıra yüksəksəviyyəli görüşlər keçirəcəyi gözlənilir.
