İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri, Azərbaycan–Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının həmsədri Lord Anas Sarvarı qəbul

8 baxış 3 dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri, Azərbaycan–Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının həmsədri Lord Anas Sarvarı qəbul edib.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında mövcud əlaqələrin inkişafı, ikitərəfli əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər xüsusilə iqtisadi və ticarət əlaqələrinin daha da gücləndirilməsi, biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması və yeni birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Görüş çərçivəsində Azərbaycan–Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti və bu mexanizmin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında rolu da diqqət mərkəzində olub.

Qeyd edək ki, Böyük Britaniya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olmaqla yanaşı, enerji, investisiya, ticarət və digər sahələrdə əməkdaşlıq etdiyi ölkələr sırasında yer alır. Son illərdə iki ölkə arasında iqtisadi münasibətlərin şaxələndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi istiqamətində qarşılıqlı səfərlər və görüşlər intensivləşib.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında tərəfdaşlığın gələcəkdə də qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.


Xəbəri paylaş Dostlarınıza göndərin