Legal Xəbər məlumat verir ki, Roma Papası XIV Leo Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrikdə Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzulanıb. Papa XIV Leo ölkələr və xalqlar arasında dostluq münasibətlərinin inkişafının vacibliyini vurğulayaraq, Azərbaycanın gələcək uğurlarına dair xoş arzularını çatdırıb.