İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub

Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib. Leqal Xəbər-in məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində

9 baxış 3 dəq

Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib.

Leqal Xəbər-in məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Mülki kommersiya xidməti olan "Starlink"dən insanları öldürməyə yönəlmiş dron hücumları həyata keçirmək üçün istifadəyə heç vaxt icazə verilməyib və icazə verilməməlidir. Fərqli sistem olan "Starshield" ABŞ hökumətinin nəzarəti altındadır. Onların bununla nə edəcəyi barədə qərar vermələri tamamilə onlardan asılıdır", - o, əlavə edib.

Milyarder bildirib ki, texnologiyadan insanlara hücum üçün istifadə etməyə heç vaxt icazə verilməyib və verilməməlidir.

Mask həmçinin "Starlink"in Ukraynanın müdafiəsi üçün vacib olduğunu bildirib, çünki o, "sıxışdırıla və ya məhv edilə bilməyən yeganə sistemdir".

"Starlink" bağlanarsa, Ukrayna cəbhəsi dərhal dağılacaq. Bu, təhdid DEYİL, sadəcə faktdır", - o vurğulayıb.

Oktyabrın 14-də səhər Ukraynanın müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko "teleqram"da "SpaceX"in "Starlink" terminallarının sürətini saatda 60-70 km ilə məhdudlaşdırdığını bildirib. Daha sonra Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov əlaqənin saatda 160 km-ə qədər sürətlə bərpa olunduğunu bildirib. Bu, Ukrayna hərbçilərinin bir neçə hərbi əməliyyatını dayandırıb.

Mask məhdudiyyətlərə görə məsuliyyəti inkar edib, sistemin sürəti və istifadəsi ilə bağlı qərarların ABŞ hökuməti tərəfindən verildiyini iddia edib. Daha sonra "The Wall Street Journal" (WSJ) Maskın Ukraynada "Starshield" xidmətlərinin məhdudlaşdırılmasını şəxsən əmr etdiyini bildirib.

Bu gün səhər Ukrayna Prezidenti Volodimir Zelenski xidmətin bərpa olunduğunu elan edib.

Xəbəri paylaş Dostlarınıza göndərin