İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

İlqar Xəyal doğum günüdür

15 sentyabr Azərbaycanın tanınmış müğənnisi İlqar Xəyalın doğum günüdür. O, 15 sentyabr 1966-cı ildə Bakıda anadan olub. O, 190 nömrəli orta məktəbdə təhsil alıb, daha sonra Azərbaycan Texniki Universitetini bitirib. Bununla yanaşı, tar üzrə musiqi təhsili də alıb. İlqar Xəyal daha çox ötən əsrin

7 baxış 3 dəq
İlqar Xəyal doğum günüdür

15 sentyabr Azərbaycanın tanınmış müğənnisi İlqar Xəyalın doğum günüdür. O, 15 sentyabr 1966-cı ildə Bakıda anadan olub. O, 190 nömrəli orta məktəbdə təhsil alıb, daha sonra Azərbaycan Texniki Universitetini bitirib. Bununla yanaşı, tar üzrə musiqi təhsili də alıb.

İlqar Xəyal daha çox ötən əsrin 90-cı illərində, “Karvan” qrupunun solisti kimi tanınıb. 1988-ci ildə Sevinc Kərimovanın dəvəti ilə qrupa qoşulan sənətçinin “Karvan”dakı ilk mahnılarından biri “Sarı güllər” olub.

Sənətçinin repertuarında “Qara gözlər”, “Qərib durnalar”, “İlahə”, “Mələyim”, “Ərköyün qız”, “Haradasan” və digər mahnılar xüsusi yer tutur. “Karvan” qrupundan sonra solo fəaliyyətini davam etdirən İlqar Xəyal müxtəlif illərdə televiziya aparıcısı kimi də fəaliyyət göstərib. O, “Çempionlar klubu” televiktorinasının aparıcısı olub.
İlqar Xəyal özünəməxsus səs tembri və ifa üslubu ilə Azərbaycan estrada musiqisində iz qoymuş sənətçilərdəndir.

Xəbəri paylaş Dostlarınıza göndərin