İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Ədliyyə Nazirliyindən verilən məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Polşada müəyyən edilən şəxsin ölkəmizə

8 baxış 3 dəq

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Polşada müəyyən edilən şəxsin ölkəmizə ekstradisiyası oktyabrın 1-də həyata keçirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşı Rüstəmov Zirəddin Elçin oğlu 2023-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə yalan vədlər verərək onlara külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunub.

Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb və həmin şəxs beynəlxalq axtarışa verilib.

Rüstəmov Zirəddin Elçin oğlunun olduğu yer Polşada müəyyənləşdirildikdən sonra o, həmin ölkədə saxlanılıb. Baş Prokurorluğun sorğusu və aparılan danışıqlar nəticəsində onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Nəticədə Rüstəmov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşlarının iştirakı ilə Polşanın Varşava şəhərindən Azərbaycana gətirilib.

Məhkəmənin müvafiq həbs qərarına əsasən o, istintaq təcridxanasına yerləşdirilib.

Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlərin davam etdirildiyi bildirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin