ABŞ-nin Nyu-Meksiko ştatında kənd ərazisində elektrik dirəyinin zirvəsinə dırmaşan ayının görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Bazar ertəsi Qladstoun yaşayış məntəqəsi yaxınlığında lentə alınan videoda ayının elektrik dirəyinin yuxarı hissəsində tarazlığını saxlamağa çalışdığı, ağır-ağır nəfəs aldığı və tir üzərində qeyri-sabit vəziyyətdə oturduğu görünür.
"New York Post"un məlumatına görə, hadisə yerinə cəlb olunan təbiəti mühafizə orqanlarının əməkdaşları heyvanı xilas edə bilməyiblər. Ayı elektrik cərəyanı vurması nəticəsində tələf olub.
Mütəxəssislər bildirirlər ki, vəhşi təbiətdə yaşayan ayılar itlərdən, nəqliyyat vasitələrindən və ya insanlardan qorxduqları zaman elektrik dirəklərini ağac hesab edərək onların üzərinə dırmaşmağa çalışırlar.
ABŞ Daxili İşlər Nazirliyi isə çərşənbə günü hadisə ilə bağlı videonu paylaşaraq zarafatla belə şərh edib:
"ABŞ-nİN ENERJİ SAHƏSİNDƏKİ ÜSTÜNLÜYÜNƏ GÖSTƏRİLƏN MARAĞI QİYMƏTLƏNDİRİRİK, LAKİN BİZ BUNU NƏZƏRDƏ TUTMAMIŞDIQ."![]()