LEQAL XƏBƏR məlumat verir ki, İranın elit hərbi birləşməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyada yerləşən hərbi aviabazasına və Mərkəzi Komandanlığının qərargahına ballistik raketlərlə zərbələr endirdiyini açıqlayıb.
İranın dövlət teleradio şirkətinin yaydığı məlumata əsasən, hücum zamanı ABŞ Silahlı Qüvvələrinə məxsus hərbi obyektlər hədəfə alınıb.
Xatırladaq ki, bundan əvvəl SEPAH-ın rəsmi nümayəndəsi general Hüseyn Mohebbi 8–15 iyul tarixlərində baş vermiş hərbi əməliyyatlar zamanı İranın ABŞ-yə təxminən 20 milyard dollar məbləğində maddi ziyan vurduğunu iddia etmişdi.
Onun sözlərinə görə, əməliyyatlar çərçivəsində çoxsaylı komandanlıq mərkəzləri, hava hücumundan müdafiə sistemləri, erkən xəbərdarlıq radarları, rabitə qovşaqları, sursat anbarları, logistika obyektləri, aviasiya anqarları, qırıcı təyyarələr, pilotsuz uçuş aparatları və digər hərbi texnikalar hədəfə alınıb.![]()