İranın Bəhreyn və Qətərdə yerləşən ABŞ hərbi bazalarına hücum etdiyi bildirilir. Məlumata görə, Bəhreynin paytaxtı Manamada bir neçə partlayış səsi eşidilib.
Qətərin hava məkanını müvəqqəti olaraq bağladığı qeyd olunur. İddialara əsasən, İran tərəfindən Qətərdəki hədəflərə də zərbələr endirilib.
Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əl-Dhafra ABŞ hava bazasının ballistik raketlərlə vurulduğu bildirilir. Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir. Məlumatlar dəqiqləşdirilir. Leqal xəbər İran mediasına istinadan xəbər verir.
