Leqal xəbər məlumat verir ki, İranın Hörmüz boğazının dibi ilə keçən beynəlxalq sualtı internet kabellərinə nəzarət etməyə və onların istifadəsinə görə ödəniş tələb etməyə hazırlaşdığı bildirilir. İddialara görə, Tehran tələblər yerinə yetirilməyəcəyi halda kabellərin kəsilməsi variantını da gündəmə gətirə bilər.
Məlumata əsasən, söhbət qlobal internet trafikinin mühüm hissəsini daşıyan strateji kommunikasiya xətlərindən gedir. Ekspertlər qeyd edirlər ki, bu kabellərə mümkün müdaxilə yalnız rabitə problemləri yaratmayacaq, həm də bulud texnologiyaları, beynəlxalq ödəniş sistemləri, məlumat mərkəzləri və süni intellekt infrastrukturlarına ciddi təsir göstərə bilər.