İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

"İran özü ölkəsində 40 milyonluq etnik azərbaycanlı olsa da, onların ana dilində təhsilinə qarşıdır"

"İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə (İranda - red.) Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur". Leqal Xəbər məlumat verir ki, bu barədə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yaydığı açıqlamasında əksini tapıb. Açıqlamada qeyd olunub ki, ali

14 baxış 3 dəq

"İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə (İranda - red.) Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur".

Leqal Xəbər məlumat verir ki, bu barədə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yaydığı açıqlamasında əksini tapıb.

Açıqlamada qeyd olunub ki, ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir:

"Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.

İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər".

Qeyd edək ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara "azad təhsil mühiti" yarada biləcəklərini elan edib, eyni zamanda deyib ki, İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır.

Picture background




Xəbəri paylaş Dostlarınıza göndərin