Leqal xəbər bildirirki, İran Prezidenti Məsud Pezeşkian ölkəsinin region dövlətləri ilə qarşıdurmada maraqlı olmadığını açıqlayıb.
O, “X” sosial şəbəkəsində paylaşım edərək islam ölkələrinə və qonşu dövlətlərə müraciət edib: “Siz bizim qardaşlarımızsınız və biz sizinlə münaqişəyə can atmırıq”. Pezeşkian əlavə edib ki, Yaxın Şərqdə ölkələr arasında yaranan ixtilaflar yalnız İsrailin xeyrinə nəticələnə bilər.
Prezident regionda sabitliyin qorunmasının vacibliyini vurğulayaraq dialoqun üstün tutulmasının tərəfdarı olduğunu bildirib.
İran qonşularla münaqişə istəmir
Leqal xəbər bildirirki, İran Prezidenti Məsud Pezeşkian ölkəsinin region dövlətləri ilə qarşıdurmada maraqlı olmadığını açıqlayıb. O, “X” sosial şəbəkəsində paylaşım edərək islam ölkələrinə və qonşu dövlətlərə müraciət edib: “Siz bizim qardaşlarımızsınız və biz sizinlə münaqişəyə can atmırıq”.
10 baxış
3 dəq
