İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

İran XİN:”14 vətəndaşımızın “arzuolunmaz şəxs” elan edilməsi məna kəsb etmir”

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. Leqal Xəbər məlumat verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqayi bu barədə keçirdiyi mətbuat konfransında danışıb. O, Azərbaycanın bu qərarını "dostcasına

8 baxış 3 dəq
İran XİN:”14 vətəndaşımızın “arzuolunmaz şəxs” elan edilməsi məna kəsb etmir”

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı məlumata münasibət bildirib.

Leqal Xəbər məlumat verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqayi bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

O, Azərbaycanın bu qərarını "dostcasına addım hesab etmədiklərini" bildirib. İnternetdən sifariş

“Ümumiyyətlə, 14 İran vətəndaşının ‘arzuolunmaz şəxs’ elan edilməsi məna kəsb etmir. Çünki bu şəxslərin heç biri diplomat deyil və Azərbaycan Respublikasının ərazisində də olmayıblar. Lakin bu addım dostcasına hərəkət deyil”, – deyə Bəqayi vurğulayıb.

İran XİN sözçüsü bununla bağlı Azərbaycan tərəfinə rəsmi etiraz bildirildiyini açıqlayıb.

“Biz etirazımızı açıq şəkildə bildirmişik. Azərbaycanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, etirazımız ona çatdırılıb. Bundan sonra da zəruri hesab etdiyimiz addımları atacağıq və bu barədə məlumat verəcəyik”, – deyə o əlavə edib.

Xatırladaq ki, noyabrın 3-də 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi barədə məlumat yayılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin