Leqal xəbər məlumat verir ki, Mayın 21-də İranın Hörmüzqan əyalətinin Dərgəhan şəhərində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 13:26-da qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Hadisə ilə bağlı hələlik dağıntı və ya insan itkisi barədə rəsmi məlumat açıqlanmayıb.
Bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.