Leqal Xəbər məlumat verir ki, İranın Hörmüzgan əyalətinin Sirik şəhəri yaxınlığında – Hörmüz boğazı bölgəsində ardıcıl partlayış səsləri qeydə alınıb.
Məlumata görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Partlayışların bölgədə su hövzəsində baş verən hərbi gərginliklərlə əlaqəli ola biləcəyi ehtimal edilir.
Bundan əvvəl İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahı ABŞ-nin zərbələrinə cavab olaraq Hörmüz boğazında gəmiçilik fəaliyyətinin dayandırıldığını açıqlamışdı.
Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri boğazı keçməyə çalışan ən azı iki gəminin hədəfə alındığını bəyan edib.