İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

İslamabadda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Leqal Xəbər bildirir ki, bu barədə Report-a Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Pakistan hökumətinin yüksək səviyyəli rəsmiləri və Pakistan

7 baxış 3 dəq

Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Leqal Xəbər bildirir ki, bu barədə Report-a Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Pakistan hökumətinin yüksək səviyyəli rəsmiləri və Pakistan ordusunun yüksək rütbəli zabitləri, Milli Assambleyanın üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, hərbi attaşelər, dövlət və ictimai xadimlər, həmçinin ölkənin tanınmış elm, mədəniyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri İrfan Davudov 44 günlük Vətən müharibəsi və tarixi Zəfər barədə geniş məlumat verib. Səfir bildirib ki, bu şanlı qələbə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və Azərbaycan xalqının birliyi sayəsində mümkün olub.

Tədbirdə Pakistan hökumətini təmsil edən Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatimə Xavaca Pakistan hökuməti və xalqı adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Gününün 6-cı ildönümü münasibətilə səmimiyyətlə təbrik edib.

O, İslamabadda ASAN Xidmət mərkəzinin açılmasına göstərilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib və xüsusilə informasiya texnologiyaları və rəqəmsal sektorlarda əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb. Bildirib ki, Pakistan və Azərbaycan rəqəmsal transformasiya, innovasiya və texnoloji inkişaf sahələrində birgə təşəbbüslərdən faydalana bilərlər.

Xəbəri paylaş Dostlarınıza göndərin