LEQAL XƏBƏR məlumat verir ki, Pakistanın paytaxtı İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun ginekologiya şöbəsində yanğın baş verib.
Məlumata görə, yanğın nəticəsində ən azı 14 yenidoğulmuş həyatını itirib.
İlkin məlumata əsasən, yanğın doğum şöbəsində kondisioner kompressorunun partlamasından sonra başlayıb.
Hazırda xilasetmə və yanğınsöndürmə qrupları hadisə yerində işləyir, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin digər təfərrüatları və ölənlərin dəqiq sayı ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.