İspaniyanın Kataloniya muxtar bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
LEQAL XƏBƏR verir ki, Lyeyda şəhərində sərnişin avtobusu idarəetmədən çıxaraq binanın fasadına çırpılıb.
Məlumata görə, qəza nəticəsində 46 nəfər xəsarət alıb. Yaralılardan 4 nəfərin vəziyyəti kritik, 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.