İSTEFADA OLAN KONTR-ADMİRAL HƏBS EDİLDİ
Türkiyədə istefada olan kontr-admiral Türker Ertürk sosial şəbəkələrdə yayımladığı videodakı ifadələrinə görə həbs edilib.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, İstanbulun Bakırköy Baş Prokurorluğu Ertürkün paylaşdığı video ilə bağlı istintaqa başlayıb. O, “xalq arasında qorxu və təşviş yaratmaq məqsədilə təhdid” və “cinayət törətməyə təhrik etmə” ittihamları ilə saxlanılıb.
Polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra Ertürk məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və cəzaçəkmə müəssisəsinə göndərilib.![]()