LEQAL XƏBƏR məlumat verir ki, iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə günvurma ilə bağlı 32 müraciət daxil olub.
TƏBİB-in məlumatına görə, müraciət edən şəxslərdən 12-si hospitalizasiya edilib, 17 nəfərə yerində tibbi yardım göstərilib, 3 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Məlumata əsasən, günvurma ilə bağlı müraciət edənlərin 17-si kişi, 15-i isə qadın olub.![]()