İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Kartla ödənişlərdə böyük artım

Leqal xəbər bildirirki, Azərbaycanda ödəniş kartları vasitəsilə ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ildə nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə 26 faiz artaraq 99,1 milyard manata çatıb.

10 baxış 3 dəq

Leqal xəbər bildirirki, Azərbaycanda ödəniş kartları vasitəsilə ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ildə nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə 26 faiz artaraq 99,1 milyard manata çatıb. Məlumata əsasən, ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin payı da yüksəlib. Belə ki, 2024-cü illə müqayisədə bu göstərici 3,4 faiz bəndi artaraq 67,6 faiz təşkil edib. Həmçinin POS-terminallar vasitəsilə həyata keçirilən hər iki təmassız ödənişdən biri “ağıllı cihazlar” üzərindən reallaşdırılıb. Əməkhaqqı və sosial kartlardan istifadə edən vətəndaşların nağdsız ödənişlərə marağının da artdığı qeyd olunur. 2025-ci ildə əməkhaqqı kartları ilə edilən ödənişlərin 54,2 faizi nağdsız formada həyata keçirilib. Sosial kartlar üzrə nağdsız əməliyyatların payı isə son üç ildə 9 faiz bəndi artaraq 20 faizə çatıb. Eyni zamanda bank müştərilərinin cari hesablarından köçürmələrin böyük hissəsi rəqəmsal bankçılıq vasitəsilə aparılıb. İl ərzində köçürmələrin 94,4 faizi say baxımından, 82,5 faizi isə həcm baxımından məhz rəqəmsal bankçılıq xidmətləri ilə reallaşdırılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin