İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

BDYPİ: Kirayə avtomobillərdən istifadə edərkən diqqətli olun

BDYPİ xəbərdarlıq edir: Avtomobillə səfərlər ciddi məsuliyyət tələb edir! BDYPİ bildirir ki, bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayında da, müşahidə olunur. Əsasən

10 baxış 3 dəq

BDYPİ xəbərdarlıq edir: Avtomobillə səfərlər ciddi məsuliyyət tələb edir!

BDYPİ bildirir ki, bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayında da, müşahidə olunur.

Əsasən toqquşma, aşma, maneə vurma növündə qeydə alınan bu qəzaların səbəbləri içərisində gedəcəyi yola nabələd olan, eləcə də mürəkkəb relyefə malik ərazilərdə sürmə vərdişləri təkmilləşməmiş sürücülərin öncədən təhlükəsizlik tədbirləri görməməsi, avtomobilin yorğun, yuxusuz halda idarə edilməsi, əlverişsiz hava şərtlərinin, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitinin nəzərə alınmaması, nasaz nəqliyyat vasitələrinin istismarı kimi hallar üstünlük təşkil edir.

Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadəyə üstünlük verilsə də, həmin nəqliyyat vasitələrinin texniki vəziyyətinin, yaxud xidmətindən istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsinin nəzərə alınmaması da, sonradan ciddi fəsadlara yol açır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün həmvətənlərimizi təbrik edir, böyük qürur hissi ilə qeyd etdiyimiz bayram günlərinin təhlükəsiz, şən və firavan keçməsi üçün bütün yol hərəkəti iştirakçılarını qaydalara, verilən tövsiyələrə əməl etməyə çağırır!

Xəbəri paylaş Dostlarınıza göndərin