Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni müraciətlərin qəbulu sabahdan müvəqqəti dayandırılacaq. İpoteka və Kredit Zəmanət Fondu bildirir ki, fasilə artan müraciətlərin daha operativ və şəffaf emalı, seçim imkanlarının yaxşılaşdırılması və elektron sistemin funksionallığının artırılması məqsədi daşıyır. Hazırda elektron sistem üzərindən hər gün 100-dən çox müraciət daxil olur. İndiyədək mexanizm çərçivəsində 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib. Dayandırılma indiyədək sistemdə qeydiyyata alınmış müraciətlərə və onların növbəliliyinə təsir etməyəcək. 12 mindən çox vətəndaşa görüş günü barədə bildiriş göndərilib. Onlar bildirişdə göstərilən tarixdə 2 saylı ASAN Kommunal və ya Sumqayıt ASAN Xidmət mərkəzlərinə müraciətlərini rəsmiləşdirmək üçün yaxınlaşa bilərlər. Müraciətlərin yenidən nə vaxt qəbul ediləcəyi barədə əlavə məlumat veriləcək.![]()
Kirayə mənzil üçün müraciətlər sabahdan dayandırılır
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni müraciətlərin qəbulu sabahdan müvəqqəti dayandırılacaq. İpoteka və Kredit Zəmanət Fondu bildirir ki, fasilə artan müraciətlərin daha operativ və şəffaf emalı, seçim imkanlarının yaxşılaşdırılması və elektron sistemin
8 baxış
3 dəq