Rusiya ordusu sentyabrın 1-nə keçən gecədən başlayaraq paytaxt Kiyevə ballistik və qanadlı raketlərlə, dronlarla hava zərbələri endirib.
Leqalxeber.az xəbər verir ki, Kiyev şəhər meri Vitali Kliçkonun yaydığı məlumata görə, hava zərbələri nəticəsində Ukrayna paytaxtında 8 nəfər həlak olub, ikisi uşaq olmaqla 5 nəfər yaralanıb.
Darnitski rayonunda raket qeyri-yaşayış binasına dəyib və yanğına səbəb olub. Yeddi nəfər ölüb, bir nəfər yaralanıb.
Təcili yardım və şəhər xidmətləri hadisə yerində işləməyə davam edir.