Rusiya ordusunun son 1 sutka ərzində Ukraynanın Kiyev vilayətinə endirdiyi intensiv hava zərbələri nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib, ölənlər var.
Leqalxeber.az AZƏRTAC -a istinadən xəbər verir ki, Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” səhifəsində yazıb ki, Rusiyanın dron hücumları nəticəsində 3 mülki şəxs həlak olub, 21 mülki obyektə ziyan dəyib.
Kiyevin Brovarı rayonunda 2 anbar və 2 inzibati bina, Buça rayonunda fərdi ev, bazar və 6 nəqliyyat vasitəsi, Fastiv rayonunda sənaye müəssisəsi və 6 nəqliyyat vasitəsi, Borispil rayonunda 1 nəqliyyat vasitəsi, Belotserkovsk rayonunda kənd təsərrüfatı müəssisəsi və 1 binada dağıntılar qeydə alınıb.![]()