Kəlbəcər rayonunda Levçay çayında batan yeniyetmənin meyiti tapılıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, iyulun 12-də Levçay çayının Kəlbəcər rayonunun Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun meyiti FHN-in xilasediciləri tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, yeniyetmənin su götürmək istəyərkən ehtiyatsızlıqdan çaya düşərək batdığı bildirilmişdi.![]()