İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Kəmaləddin Heydərov FHN-in strukturunu dəyişdi:

Leqalxəbər "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib, iki idarə ləğv edilib, bir yeni idarə yaradılıb. Belə ki, Vüsalə Ömərlinin rəhbərlik etdiyi idarə

10 baxış 3 dəq

Leqalxəbər"Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib, iki idarə ləğv edilib, bir yeni idarə yaradılıb.

Belə ki, Vüsalə Ömərlinin rəhbərlik etdiyi idarə Fövqəladə halların xəbərdar edilməsi şöbəsinə, Vidadi Məmmədovun rəhbərlik etdiyi idarə Regional mərkəzlərlə koordinasiyanın təşkili və təhsil məsələləri üzrə şöbəyə, Elçin İbrahimovun rəhbərlik etdiyi idarə isə Rəqəmsal inkişaf və innovasiya şöbəsinə çevrilib.

Bundan başqa, Səbuhi Ağayevin rəhbərlik etdiyi idarə İctimaiyyətlə əlaqələr şöbəsi, Vüsal Qaragözovun rəhbərlik etdiyi idarə Maliyyə-iqtisadiyyat şöbəsi, Qəşəm Məmmədovun rəhbərlik etdiyi idarə Nəzarət-təftiş şöbəsi, Rəşadət Cəbrayılovun rəhbərlik etdiyi idarə isə Hüquq şöbəsi olub.

Bu dəyişikliklərdən sonra sözügedən şəxslər idarə rəisi statusunu itirib və müvafiq şöbələrin müdiri vəzifəsinə təyin ediliblər.

Eyni zamanda, Zahid Aşurovun rəhbərlik etdiyi FHN Komendant xidmətinin təşkili və texniki təminat idarəsi ləğv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin ləğv edilməsi barədə məlumat yaymışdıq. Ləğv edilən strukturun yerində Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsi yaradılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin