Leqal xəbər məlumat verir ki, açıqlama kənd təsərrüfatı sahəsindəki problemlərlə bağlı yeni müzakirələrə səbəb olub. Videoda çıxış edən şəxs aqrar sahənin tənqid edilməsinin qərəzli yanaşma olmadığını bildirib və Prezident İlham Əliyevin bu sahədəki problemlərlə bağlı əvvəlki çıxışlarını xatırladıb.
Onun sözlərinə görə, kənd təsərrüfatında məhsuldarlıq, subsidiya bölgüsü, suvarma sistemi və bazar problemləri uzun müddətdir müzakirə olunur. Bildirilib ki, mövcud çatışmazlıqların açıq şəkildə səsləndirilməsi sahənin inkişafı üçün vacibdir və bu, dövlətə qarşı deyil, problemlərin həllinə yönəlmiş yanaşmadır.
Açıqlamada vurğulanıb ki, Prezident də müxtəlif müşavirələrdə aqrar sektorda nöqsanların olduğunu qeyd edib və məsul şəxsləri daha ciddi işləməyə çağırıb. Bu səbəbdən kənd təsərrüfatı ilə bağlı tənqidlərin “qərəzli hücum” kimi təqdim olunmasının doğru olmadığı bildirilib.