Leqal xəbər məlumat verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” brendi altında fəaliyyət göstərən “ABC-Telecom” şirkəti barəsində inzibati protokol tərtib edib.
Məlumata görə, şirkət reklam haqqında qanunvericiliyin pozulmasında ittiham olunur. Bildirilib ki, protokolda “Reklam haqqında” Qanunun bir sıra maddələrinin pozulduğu öz əksini tapıb.
Qeyd olunub ki, reklamda istehlakçıların çaşdırılması, qiymət və güzəştlərlə bağlı qeyri-dəqiq məlumatların verilməsi qanun pozuntusu hesab edilib.