İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

KÖRFƏZ DÖVLƏTLƏRİNƏ DEYİL, ABŞ BAZALARINA ZƏRBƏ ENDİRİLİB

LEQAL XƏBƏR məlumat verir ki, İran Xarici İşlər Nazirliyi ölkənin hərbi əməliyyatlarının Fars körfəzi dövlətlərinə deyil, yalnız ABŞ-ın bölgədəki hərbi bazalarına yönəldiyini bəyan edib. İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinqdə bildirib ki, İran heç vaxt

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, İran Xarici İşlər Nazirliyi ölkənin hərbi əməliyyatlarının Fars körfəzi dövlətlərinə deyil, yalnız ABŞ-ın bölgədəki hərbi bazalarına yönəldiyini bəyan edib.

İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinqdə bildirib ki, İran heç vaxt razılaşmaların pozulmasının təşəbbüskarı olmayıb.

Onun sözlərinə görə, Tehran bütün danışıqlarda ciddi və dəqiq mövqe nümayiş etdirib, əldə olunan razılaşmaları pozan tərəf isə ABŞ olub.

Bəqai qeyd edib ki, ABŞ razılaşmalar üzrə öhdəliklərini bərpa etməyənədək İran da memorandum çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcək.

"Biz əvvəldən "öhdəliyə qarşı öhdəlik" prinsipinə sadiq olmuşuq. Qarşı tərəf öhdəliklərini yerinə yetirərsə, İran da öz öhdəliklərini icra edəcək. Əks halda, biz də öhdəliklərimizi yerinə yetirməkdən imtina edəcəyik", – deyə XİN sözçüsü vurğulayıb.

İsmayıl Bəqai əlavə edib ki, İran region ölkələrinə hücum etməyib.

"Biz regiondakı heç bir ölkəyə zərbə endirməmişik. Hücumlar yalnız ABŞ-ın bölgədə yerləşən hərbi bazalarına yönəlib", – deyə o bildirib.

Diplomat, həmçinin qeyd edib ki, Tehran dəfələrlə region dövlətlərini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar üçün öz ərazilərindən istifadəyə icazə verməməyə çağırıb.

Xəbəri paylaş Dostlarınıza göndərin